Rusiya sülhməramlılarının müşayiəti ilə inşaat materialları Şuşaya çatdırıldı

QARABAĞ 12 fev 2021, 13:00
Rusiya sülhməramlı qüvvələri tərəfindən Azərbaycanın avtomobil texnikası karvanının təhlükəsizliyini təmin edilib.

Demokrat.az xəbər verir ki, Azərbaycan tərəfinin xahişi əsasında Rusiya sülhməramlılarının müşayiəti ilə inşaat materialları daşıyan 60-dan çox yük avtomobilinin təhlükəsiz şəraitdə Şuşaya çatdırılması təmin olunub.

Bildirilib ki, Rusiya sülhməramlı kontingenti bundan sonra da üçtərəfli bəyanatın icra olunmasına və regionda dinc həyatın bərpa olunmasına yardım edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top