Rusiya sülhməramlı qüvvələri tərəfindən Azərbaycanın avtomobil texnikası karvanının təhlükəsizliyini təmin edilib.
Demokrat.az xəbər verir ki, Azərbaycan tərəfinin xahişi əsasında Rusiya sülhməramlılarının müşayiəti ilə inşaat materialları daşıyan 60-dan çox yük avtomobilinin təhlükəsiz şəraitdə Şuşaya çatdırılması təmin olunub.
Bildirilib ki, Rusiya sülhməramlı kontingenti bundan sonra da üçtərəfli bəyanatın icra olunmasına və regionda dinc həyatın bərpa olunmasına yardım edəcək.


