Türkmənistan prezidenti oğlunu yeni vəzifəyə təyin etdi


DÜNYA 12 fev 2021, 11:16
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı Baş nazirin müavini təyin edib. Bundan başqa, Sərdar Berdiməhəmmədov Ali Nəzarət Palatasına rəhbərlik edəcək və Dövlət Təhlükəsizlik Şurasının tərkibinə daxil olub.

Demokrat.az bildirir ki, bu barədə “RİA Novosti” Türkmənistan televiziyasına istinadən xəbər verir.  

Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, yeni Baş nazir müavininin vəzifələri dövlət və ictimai quruculuq sisteminə, səhiyyə, təhsil, maliyyə və iqtisadiyyata rəqəmsallaşdırma və innovasiya texnologiyalarının tətbiqi olacaq.

“Mən Sərdar Berdiməhəmmədovu Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan Ali Nəzarət Palatasının sədri, Dövlət Təhlükəsizlik Şurasının üzvü təyin edirəm və onu sənaye və tikinti naziri vəzifəsindən azad edirəm”, - Prezident deyib.

Respublikanın sənaye və tikinti naziri vəzifəsinə isə Baymırat Annaməmmədov təyin olunub.(qafqazinfo.az)





 
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top