"Gloria Palace" MTK “ŞƏMS” körpələr evini uçurdur — NARAZILIQ!

SOSİAL 11 fev 2021, 23:57
“Get, hara əlin çatır şikayət elə”


Bir neçə ildir “Pilot Layihə” adı altında tikinti şirkətləri vətəndaşların şəxsi mülkiyyətində olan obyektlərini, əmlakını heç bir icazə, məhkəmə qərarı olmadan uçurdur. Mülk sahiblərinə hədə-qorxu gəlir, “Get, hara əlin çatır şikayət elə” deyərək, heç bir qanuna, əndazəyə sığmayan hərərkətlər edirlər.


Hər gün redaksiyamıza əmlakı uçurdulan, qoçu dəstəsinin təzyiqlərinə məruz qalan vətəndaşlar müraciət edir. Şikayətin sayı bir deyil iki deyil. Həmin müraciətlərdən birini təqdim edirik.

Nəsimi rayonu, Mərdanov Q küçəsi, ev 129 ünvanda olan təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu yazır:

“Mən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74(54) ünvanda yerləşən “ŞƏMS” körpələr evi və uşaq bağçasının təsisçisiyəm.

Bağça AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında Məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir.

Bu ərazinin torpağı özümə məzsusdur və özəlləşdirilib. Və bağçanın yerləşdiyi bina cəmi 5 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib və özəlləşdirilib, yəni şəxsi mülkiyyətimdir.

Bağçanın yaxınlığında hündür binalar inşa edən Gloria Palace MTK bizə məktub göndərib: “ Sizin bina QƏZALI vəziyyətdədir, OFİSİMİZƏ gəlin”.

Cəmi 5 il əvvəl inşa edilmiş, fundamenti bir neçə metr olan uşaq bağçasının binası NECƏ QƏZALI OLA BİLƏR?

Bu bina ötən əsrin 30-cu, 40-cı, hətta 70-ci illərində inşa olmayıb, cəmi 5 ildir inşa olunub.

Bütün bunlar azmış kimi gecə bizim xəbərimiz olmadan MTK buldozerlə bağçanın divarını uçurdub, kameraları oğurlayıblar.

Mən bu barədə 102-yə, FHN-ə, Şəhər Arxitektura İdarəsinə, İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsəm də şikayətimə baxan olmayıb. Təkcə Nəsimi rayon prokurorluğundan gəliblər.

Mən tikinti aparan şəxslərə deyəndə ki, belə olmaz, şəxsi mülkiyyət toxunulmazdır. Mənə deyirlər ki, get hara istəyirsən şikayət elə.


Hörmətlə,

təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top