Ərdoğan “CoronaVac”ın ikinci dozası ilə peyvənd olundu

DÜNYA 11 fev 2021, 17:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin ikinci dozası ilə aşılanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Dövlət başçısı yanvarın 14-də peyvəndin birinci dozası ilə vaksinasiya olunub.

Qeyd edək ki, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top