Hulusi Akar: "Hər kəs Türkiyə və Azərbaycan ordusuna güvənməlidir"

XARİCİ SİYASƏT 11 fev 2021, 15:16
“Bu təlimlərin icrası zamanı bütün dünya gördü ki, Türkiyə və Azərbaycanın Silahlı Qüvvələri malik olduqları təchizat ilə quruda, dənizdə, havada, qışda, yazda, dağda, düzənlikdə ona verilən bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir. Hər kəs türk millətinin müdafiəsi məsələsində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə güvənməlidir”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Türkiyə və azərbaycan qardaşdır. 44 günlük əməliyyat bunun sadəcə sözdə yox, əməldə də olduğunu göstərdi”, - o bildirib.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top