YapiKredi Müraciət Forması
Dünya

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı

İran və ABŞ arasında gərginliyi artıra biləcək yeni hadisə baş verib. İran ordusu ölkənin cənubunda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib.

Demokrat.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hadisə Bəndər-Abbas liman şəhəri üzərində qeydə alınıb.

İranın hava hücumundan müdafiə sistemlərinin ABŞ-yə məxsus "LUCAS" tipli PUA-nı vurduğu iddia edilir.

Hələlik pilotsuz uçuş aparatının İranın hava məkanında hansı məqsədlə olduğu və hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmayıb.

ABŞ tərəfi isə İran ordusunun bu iddiasına hələlik münasibət bildirməyib.

B
Qeyd edilməyib