Azərbaycan dövlət büdcəsi kəsirini necə bağlayıb?

MALİYYƏ 10 fev 2021, 20:25
2020-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 1737,1 milyon manat, ümumi daxili məhsulun 2,4 %-ni təşkil edib və yaxud proqnozlaşdırılan kəsir məbləğindən 1 631,1 milyon manat və yaxud 48,4 % az olub.

Demokrat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məluumat yayıb.

Məlumata görə, kəsirin qarşılanması aşağıdakı mənbələr, o cümlədən 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top