AXC-nin elan olunduğu bina bərpa ediləcək

GÜNDƏM 10 fev 2021, 15:42
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Gənclər Sarayının binasının əsaslı şəkildə bərpasına başlanılır.

Demokrat.az xəbər verir ki, bunu şəhər meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərini Tbilisi İnkişaf Fondu həyata keçirəcək.

Mer binanın yaxşı vəziyyətdə olmadığını və bərpa işlərinin bir neçə il davam edəcəyini deyib.

K.Kaladze qeyd edib ki, tikili mədəni irs nümunəsidir və bütün işlər xüsusi diqqətlə aparılacaq:

“Bərpa və yenidənqurma işlərinin ümumi dəyəri 33 700 000 lari (17 307 658 manat) təşkil edəcək. İşlər 2023-cü ilin iyun ayınadək davam etdiriləcək. Binanın fasadı, interyeri, dam örtüyü və həyəti də yenilənəcək”.

Qeyd edək ki, binada təmir-bərpa işləri ilə bağlı tender ötən ilin martında elan olunub. İşlərin 2021-ci ildə yekunlaşdırılacağı bildirilsə də, pandemiya səbəbindən müddət uzadılıb.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top