Sumqayıt sakinlərinin nəzərinə: Bu avtobusda da gedişhaqqı kartla olacaq

SOSİAL 10 fev 2021, 12:55
Sumqayıtda daha bir sərnişin avtobusunda gediş haqqının nağdsız şəkildə, yəni kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Bu barədə KONKRET.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib. O, bildirib ki, Hacı Zeynalabdin qəsəbəsinə işləyən 3 nömrəli avtobuslarda gediş haqqı kart sistemi ilə həyata keçiriləcək. Şəhər İcra Hakimiyyətinin sözçüsü əlavə edib ki, proses davamlı olacaq  və bütün avtobusların gələcəkdə kart sisteminə keçirilməsi təmin ediləcək.

Qeyd edək ki, avtobuslarda istifadə olunan kartlar bir çox üstünlüklərə malikdir. Belə ki, sərnişinlərin tam rahatlığı nəzərə alınaraq maaş kartları və telefonla da ödəniş etmək mümkün olacaq. Həmçinin şəhərə gələn xarici vətəndaşlar yeni kart almadan, öz kartları ilə ödəniş edə biləcəklər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top