Millinin keçmiş futbolçusu Bakı klubuna keçdi

İDMAN 09 fev 2021, 23:59
“Keşlə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadə ilə mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı oyunçu bunadək “Neftçi”, “Qarabağ”, “Sabah” və “Səbail”, həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.

Qeyd edək ki, “Keşlə” bu gün Moldova millisinin yarımmüdafiəçisi, son klubu “Sabah” olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top