Asif İsmayılova yüksək vəzifə verildi

HADİSƏ 09 fev 2021, 19:07
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) yeni təyinat olub.

Demokrat.az-ın “Report”a istinadən məlumatına görə, nazir Rəşad Nəbiyevin əmri ilə Asif İsmayılov qurumun aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, A.İsmayılov Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri olub.

NRYTN-in aparat rəhbərinin müavini Zamin Nurəhmədov ötən həftə vəzifəsindən azad edilib.

Bundan əlavə, nazirin əmri ilə Nazirliyin maliyyə və hesabatlıq şöbəsinin müdiri Gülru Hüseynova tutduğu vəzifədən uzaqlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top