Ermənistandan hərbçilərin Qarabağa göndərilməsi dayandırıldı


QARABAĞ 09 fev 2021, 18:54
Ermənistanda hərbi xidmətə çağırılan əsgərlərin Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi dayandırılıb.

Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bundan sonra Ermənistandan olan çağırışçılar yalnız ölkə ərazisində yerləşən hərbi hissələrdə xidmət aparacaqlar.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın Qarabağda olan ordusu darmadağın olmuşdu. Milyardlarla dollar dəyərində itki verən və minlərlə hərbçisini itirən Ermənistan Azərbaycan qarşısında ağ bayraq qaldırmışdı.

Vətən Müharibəsində qələbədən sonra erməni valideynlər də öz övladlarını Qarabağda xidmətə göndərməkdən imtina edir./Report


 
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top