Dollara tələbat son 2 ayda ən aşağı səviyyəyə düşdü — RƏQƏMLƏR

MALİYYƏ 09 fev 2021, 15:39
Bu gün – 9 fevral tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 57,1 milyon dollar təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki – 4 fevral 2021-ci il tarixində keçirilən hərracda satılan valyutadan 3,2 milyon dollar az olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar. 

Son 2 ayda keçirilən valyuta hərraclarında valyuta satışı aşağıdakı kimi olub:

1 dekabr – 63,8 milyon dollar
3 dekabr – 63,1 milyon dollar
8 dekabr – 66 milyon dollar
10 dekabr – 67 milyon dollar
15 dekabr – 70 milyon dollar
17 dekabr – 70,8 milyon dollar
22 dekabr – 74,3 milyon dollar
24 dekabr – 79,8 milyon dollar
29 dekabr – 83 milyon dollar
5 yanvar – 66,4 milyon dollar
7 yanvar – 70,6 milyon dollar
12 yanvar – 142,2 milyon dollar
14 yanvar – 100,1 milyon dollar
19 yanvar – 66,4 milyon dollar
21 yanvar – 67,4 milyon dollar
26 yanvar – 69,8 milyon dollar
28 yanvar – 61,8 milyon dollar
2 fevral – 59,9 milyon dollar
4 fevral – 60,3 milyon dollar
9 fevral – 57,1 milyon dollar

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top