Bu ərzaq məhsullarının qiyməti bahalaşdı

MALİYYƏ 09 fev 2021, 14:21
Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar ayına olan istehlak qiymətləri indeksi barədə məlumat yayıb. 

Demokrat.az xəbər verir ki, 2021-ci ilin yanvar ayında 2020-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 103,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,3 faiz təşkil edib. 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz təşkil etmişdi. 

2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top