Ərdoğan: "AKP-nin əsas məqsədi Türkiyə xalqına xidmət etməkdir"

DÜNYA 08 fev 2021, 23:06
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Bayburt, Girəsun, Niğdə ve Zonguldağ vilayət təşkilatlarının növbəti konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan siyasi həmfikirləri qarşısındakı çıxışında rəhbərlik etdiyi partiyanın hədəf və məqsədlərindən, keçdiyi inkişaf yolundan, qarşıda duran vəzifələrdən danışıb.

“Ədalət və İnkişaf Partiyasının əsas məqsədi Türkiyə xalqına xidmət etməkdir”, - deyən AKP sədri Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, partiyanın bütün təşkilatları bundan sonra da öz işi ilə insanların rəğbətini qazanacaq və ölkənin xidmətində olacaq. Rəcəb Tayyib Ərdoğan bildirib ki, AKP son 18 ildə qatıldığı 15 seçkinin hamısında qələbə qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top