Rusiyada koronavirusa yoluxanların sayı 4 milyona yaxınlaşır

DÜNYA 06 fev 2021, 21:43
Rusiyada son bir gündə daha 16 627 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 951 233 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 497 nəfər artaraq 76 229-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 436 326 nəfər sağalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top