Sabirabadda kişi özünə od vurdu

HADİSƏ 06 fev 2021, 19:46
Sabirabad şəhərində bir nəfər rayon sakini üzərinə benzin tökərək intihara cəhd edib. 

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

O bildirib ki, yanvarın 4-də rayonun Qaratəpə kəndində aralarında yaranan mübahisə ilə bağlı Elgün İbrahimov qonşusu Asim Abdullayevdən polisə şikayət edib. 

Qonşular arasında yaranan mübahisə ilə bağlı Sabirabad RPŞ-in təhqiqat bölməsində müvafiq araşdırma aparılaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə A.Abdullayev 15 sutka inzibati qaydada həbs olunub . 

A.Abdullayevin inzibati xəta tərkibi yaradan əməlinin Cinayət Məcəlləsinə uyğun cəzalandırılmasını tələb edən E.İbrahimov buna etiraz olaraq, bu gün özünü yandırmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevik müdaxiləsi ilə intiharın qarşısı alınaraq, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənəatbəxşdir. Hazırda müalicəsi davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top