Ukrayna XİN-i Azərbaycanla bağlı paylaşım etdi — FOTO

XARİCİ SİYASƏT 06 fev 2021, 16:05
Bu gün Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 29 il keçir.

Demokrat.az xəbər verir ki, bununla əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabından paylaşım edib.

Xarici işlər qurumu hər iki dövlətin yaxşı dost və strateji tərəfdaş olaraq qaldığını bəyan edib.

“Azərbaycan XİN ilə mükəmməl əməkdaşlıqdan zövq alırıq”, - deyə qeyd edilmiş paylaşımda Kiyevlə Bakı arasında münasibətlərin daha da möhkəmlənməsinə ümid ifadə edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top