Hikmət Hacıyev: “Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər”


GÜNDƏM 06 fev 2021, 11:59
“2016-cı ilin Aprel döyüşlərinə qədər Cocuq Mərcanlı işğalçı erməni silahlı qüvvələrinin nəzarətində olduğu üçün burada tikinti-quruculuq işləri həyata keçirə bilmirdik. 

2017-ci ilin fevralında diplomatik korpusun nümayəndələri ilə Cocuq Mərcanlıya səfər edəndə bura tamamilə dağılmış vəziyyətdə idi. Biz eyni dağıntıları işğaldan azad edilmiş digər ərazilərdə də görürük. Bunu sizinlə səfərdə bir daha görəcəyik”. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cocuq Mərcanlıda çıxış edərkən deyib. 

O bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə ardıcıl və planlı şəkildə quruculuq işləri aparılacaq. 

“Quruculuq işləri aparılacaq ki, məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıda bilsinlər. Cocuq Mərcanlıda yaşayan yerli əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılıb”, - deyə H.Hacıyev bildirib. 

O, tərəfdaş, dost, qardaş ölkələrə təşəkkür edərək deyib: “Onlar da bu kənddə olan mülki əhalinin məşğulluğu üçün əlavə imkanlar yaradıblar”. 

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top