24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirildi — FOTOLAR


QARABAĞ 05 fev 2021, 12:31
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Demokrat.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirak­çılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Mərasimdə çıxış edənlər tədbirin Vətən müharibəsində möhtə­şəm qələbənin coşqusunun yaşandığı və şəhidlərin xatirəsinin ehtiramla yad edil­diyi dövrə təsadüf etməsi ilə əlamətdar olması, Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən müharibəsinin Azərbay­canın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı vurğulayıblar.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmə­tinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zər­bələrin endirilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar qürur hissi ilə qeyd olunmuş, işğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Karantin və sosial məsafə qaydalarına ciddi əməl edilməklə təşkil olunan mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.



 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top