Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?

GÜNDƏM 03 fev 2021, 17:33
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi boşdur.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hazırda həmin vəzifəni icra edən də yoxdur.

Qeyd edək ki, Müdafiə Nazirliyi yanvarın 28-də müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad olunmasına dair məlumat yaymışdı.

Nazirlik bəyan etmişdi ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil. Qeyd olunmuşdu ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top