Təqaüd alanların NƏZƏRİNƏ

SOSİAL 03 fev 2021, 17:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) büdcə təşkilatlarında çalışan, fəxri adlara görə Prezident təqaüdü alan şəxslərə müraciət edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə Prezidentin aylıq təqaüdü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə ƏƏSMN tərəfindən ödənilirdi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına əsasən, 2021-ci il yanvarın 1-dən fəxri adlara görə bütün təqaüdlər ƏƏSMN tərəfindən verilir.

Ona görə də dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə təqaüd alan şəxslərə onlara təqaüd ödənişinin davamlılığının təmin edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) üzrə bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə müraciət etmələri tövsiyə olunur:

­ Şəxsiyyət vəsiqəsinin surəti;

­ Fəxri adın vəsiqəsinin surəti.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top