Mübarizəmizin gülən üzü Bəxtiyar Heydərli — VİDEOREPORTAJ


GÜNDƏM 03 fev 2021, 15:52
Erməni silahlılarının Gəncədə törətdiyi terrordan zərər çəkənlərdən biri də beş yaşlı Bəxtiyar Heydərli olub.

Baku TV xəbər verir ki, B.Heydərli həmin gecə atılan raket zərbəsi zamanı yuxuda olub və dağıntılar altında qalaraq xəsarətlər alıb.

B.Heydərli hadisə günü yaşadıqlarını, yaxınlarının, əzizlərinin vandalizm aktına məruz qalmasını hələ də xatırlayır.

Balaca igidimiz bildirir ki, böyüyəndə şəhid generalımız Polad Həşimov kimi qəhrəman olmaq istəyir.

Qeyd edək ki, Bəxtiyar Heydərli oktyabrın 11-də gecə saat iki radələrində Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsinə atdığı qadağan olunmuş raketin yerlə yeksan etdiyi çoxmənzilli yaşayış binalarından birinin sakinidir.

Ətraflı süjeti təqdim edirik:



Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top