Suriyada Türkiyə hərbçisi şəhid oldu

DÜNYA 03 fev 2021, 11:19
Suriyanın İdlib vilayətində yaralanan Türkiyə ordusunun hərbçisi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Bahar qalxanı” əməliyyatı bölgəsində yaralanan çavuş Basri Demirel ötən gün xəstəxanada dünyasını dəyişib.

“Yanvarın 31-də terroristlər tərəfindən edilən silahlı hücum nəticəsində yaralanan bir qəhrəman silahdaşımız yerləşdirildiyi Hatay Dövlət Xəstəxansında edilən bütün müdaxilələrə baxmayaraq, fevralın 2-də şəhid olub”, - nazirlikdən qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top