Vətən Müharibəsi iştirakçıları “Fikir” platformasında bir araya gəldilər — FOTOLAR

GÜNDƏM 01 fev 2021, 14:00
“İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Fikir” İnformasiya Platforması çərçivəsində 2 Fevral Gənclər Günü münasibəti ilə Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib. 

Görüşdə Vətən Müharibəsi iştirakçıları Nicat Böyükağalı, Emin Bağırov, Cavid Baxşıyev, Elməddin Həşimov, Ümid Baxşıyev, Rəşad Nəcəfov iştirak edib.

Görüşü giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, tarixi torpaqlarımızın geri qaytarılması ilə yekunlaşan Vətən Müharibəsində Azərbaycan gəncləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərdilər: “Bu baxımdan bu dəfə 2 Fevral Gənclər Gününü xüsusi bir qürurla qeyd edəcəyik. Xalqımız bu tarixi qələbəyə görə, şəhid və qazilərimizə minnətdardır”.

Çıxış edən Vətən Müharibəsi iştirakçıları Qarabağ uğrunda döyüşlərə qatılmaqdan böyük qürur hissi keçirdiklərini və bundan sonra da Vətənin müdafiəsi üçün daima hazır olduqlarını qeyd edib.

Daha sonra Vətən Müharibəsi iştirakçılarına “İslahatçı Gənclər” İctimai Birliyinin Fəxri Diplomu və Fəxri üzvlük kartı təqdim edilib.
 

   

     


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top