Hindistanda İsrail səfirliyi yaxınlığında partlayış oldu

DÜNYA 29 yan 2021, 19:52
Hindistanın paytaxtı Delhidə İsrail səfirliyinin yaxınlığında partlayış törədilib.

Demokrat.az-ın məlumatına görə, hadisə nəticəsində səfirliyə məxsus bir neçə avtomobilə ziyan dəyib.

Xəsarət alan olmayıb. Polisin məlumatına əsasən, partlayış kustar üsulla hazırlanmış partlayıcı ilə törədilib.

Hadisə ilə bağlı araşdırma aparılır. (trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top