Çavuşoğlu: Fərman İsmayılovun nəşinin Azərbaycana göndərilməsi üçün addımlar atılacaq

GÜNDƏM 24 yan 2021, 12:11
Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmi hazırda Qabon sahillərindədir.
 
Demokrat.az-ın məlumatına görə, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var: “Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.

M. Çavuşoğlu dəniz quldurlarının girov götürdüyü 15 nəfərin azad edilməsi üçün bütün addımların atılacağını söyləyib: “Vətəndaşlırımızı qaçıran dəniz quldurları hələ əlaqə saxlamayıb, tələblərini bildirməyiblər”.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top