Partiya sədri: "Xalqın sinəsinə zəli kimi əyləşmiş "Azəriqaz" rəhbərliyi cəzalandırılmalıdır"


SOSİAL 24 yan 2021, 08:59
“Xalqdan oğurluq edən məmurların yeri kürsü yox, qazamat olmalıdır. “Azəriqaz” rəhbərliyinin fəaliyyəti tam araşdırılmalı, xalqdan oğurluq edən qurum rəhbərliyi cəzalandırılmalıdır. Son günlər rəhbəri olduğum Gələcək Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarından müxtəlif formada narahat edici informasiyalar gəlməkdədir. Smart tipli sayğacların köhnə, mənşəyi bilinməyən, harada necə və nə zaman istehsal olunması qaranlıq olan sayğaclarla əvəzlənməsi xəbərlərini almaqdayam. Şikayət edən partiya üzvlərimiz bildirir ki, sayğac dəyişəndən sonra təbii qaz sürətlə tükənməkdə və ötən müddətlə müqayisədə daha çox borclandıqlarını bildirirlər. Görünür, bu da yeni "oyundur". Axı nə məqsədlə müasir smart tipli sayğaclar dəyişdirlir? "Azəriqaz" rəhbərliyinin marağı nədir?”

Demokrat.az
bildirir ki, bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimov deyib.

Partiya sədri bildirib ki, "Azəriqaz"ın sayğaclarında, xüsusilə də mexaniki sayğaclarda çox ciddi problemlər və maxinasiya potensialları var: “Bu problemlər çox müəmmalı şəkildə yaranır. Vətəndaşlara bəlli deyil ki, bu sayğaclar harada, hansı şəraitdə hazırlanır, harada texniki baxışdan keçirilib? Bu sahədə şəffaflıq sıfırdır. Bildiyiniz kimi, SOCAR Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın satış qiymətinin artırılmasını təklif etmişdi, amma qurum bunu qəbul etmədi. Görünür, istəyinə çatmamış "Azəriqaz" rəhbərliyi xalqdan oğurluq etmək yolunu seçib. Rayonlardan gələn şikayətlərin sayı hesabı yoxdur. Bir-birindən xəbərsiz, bir-birini tanımayan yüzdən artıq insanın davamlı şikayətləri düşünməyə əsas verir ki, "Azəriqaz" bu cinayət xarakterli maxinasiyanı həqiqətən də həyata keçirməkdədir. Bu səbəbdən də gələn siqnallar operativ yoxlanmalı, xalqın sinəsinə zəli kimi əyləşmiş "Azəriqaz" rəhbərliyi qanun qarşısında cəzalandırılmalıdır. Hələ bu məmurlar olanlardan dərs çıxartmaq fikrində deyillər...”


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top