“Marojna Elxan” saxlanıldı

KRİMİNAL 22 yan 2021, 22:20
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Demokrat.az xəbər verir ki, nəticədə rayonda “Marojna Elxan” ləqəbi ilə tanınan, 1975-ci il təvəllüdlü Kürdəmir şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əlimusa oğlu Eminov Xırdapay kəndi ərazisində saxlanılıb. 

Ondan ümumilikdə 2,287 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir./Report

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top