Türkmənistanla imzalanan anlaşma Azərbaycanın dünyaya yeni mesajıdır — STRATEJİ UĞUR

XARİCİ SİYASƏT 21 yan 2021, 15:52
Xəbər verdiyimiz kimi yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan və Türkmənistan arasında imzalanan bu anlaşmanın hər iki ölkə üçün iqtisadi əhəmiyyəti var.

Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla bağlı fikirlərini KONKRET.az-la bölüşən deputat Vüqar Bayramov bildirib ki, imzalanmış anlaşma tarixi əhəmiyyət kəsb edir: “Azərbayanın neft-qaz prioritetin əsas hədəfləri də məhz Xəzəryanı ölkələrlə əməkdaşlığın dəstəklənməsindən ibarətdir. Bu, Azərbaycan-Türkmənistan arasında strateji əməkdaşlığın inkişafından xəbər verir. Bu anlaşmanın strateji və iqtisadi əhəmiyyəti var. Sözügedən anlaşma hər iki ölkənin dövlət gəlirlərinin artmasına imkan yaradacaq. “Dostluq” yatağındakı enerji resurslarının hasil edilməsi və dünya bazarına çıxarılması bu iki ölkənin gəlirlərini xeyli artıracaq. Təbii ki, bu anlaşmadan hər iki ölkə iqtisadi baxımdan yararlanacaq. Eyni zamanda bu əməkdaşlıq platformasıdır”.

Deputat vurğulayıb ki, ikitərəfli müzakirələrin nəticəsi olaraq yatağın birgə işlənməsi ilə bağlı razılığın əldə edilməsi formalaşmış əməkdaşlığın güclənməsinə təkan verəcək: “Ona görə də bu anlaşmanın strateji əhəmiyyəti var. Eyni zamanda tranzit ölkə kimi mövqeyini gücləndirən Azərbaycan “Dostluq” yatağında hasil olan neft və qazın dünya bazarına çıxarılmasını təmin etməklə digər layihələrin həyata keçməsini də reallaşdıracaq. Bu, eyni zamanda ölkəmizin tranzit ölkə kimi əhəmiyyətinin və gəlirlərinin artmasına imkan yaradacaq. Bu baxımdan anlaşma strateji baxımdan olduqca önəmlidir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top