Messinin cəzası açıqlandı


İDMAN 19 yan 2021, 19:46
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin cəzası bəlli olub.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Argentinalı forvard İspaniya Kubokunda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top