Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib

KRİMİNAL 18 yan 2021, 19:33
2020-ci ildə Azərbaycanda həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top