İndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdı

DÜNYA 17 yan 2021, 20:48
İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə yerli “Tempo” nəşri Milli Fəlakətləri İdarəetmə Qurumuna (BNPB) istinadən bildirib.

Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

Bundan əvvəl 46 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi.

Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top