Güclü külək Cəlilabadda fəsadlar törətdi


HADİSƏ 17 yan 2021, 00:18
Bu gün əsən güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.

Demokrat.az
"Report"-a istinadən xəbər verir ki, Cəlilabad şəhərində Rauf İsayevə məxsus talvarın örtüyü uçub. 

Eyni zamanda onun həyətinin divarlarının da bir hissəsi uçub.

Rayonun Ocaqlı kəndində bir neçə sakinə məxsus istixanaya ziyan dəyib. Külək istixanaların örtüklərini sıradan çıxarıb.

Təbii hadisə nəticəsində rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top