Dövlət Baxçalı: “Şuşada məktəb açmaq istəyirik”

QARABAĞ 16 yan 2021, 19:20
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb.

Demokrat.az
xəbər verir ki, bununla bağlı MHP lideri öz “Twitter” hesabında paylaşım edib.

Bahçeli bildirib ki, bununla bağlı müəyyən fikirləri var:

“Əgər Prezident Rəcəb Tayyib Ərdoğan icazə verərsə, Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də uyğun görərsə, şəxsən mənim təlimatımla “Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada ibtidai sinif məktəbi inşa etmək hədəfimiz var. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcəyik və lazım olan işlər təcili görüləcək”.

Məktəbə dahi bəstəkar Üzeyir Hacıbəylinin adını vermək və 30 yanvar 2021-ci il tarixində bünövrəsinin qoyulmasını istədiklərini qeyd edən Baxçalı təhsilin bir millətin gələcəyi üçün bayraq olduğunu vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top