Türkiyədə COVİD-19: daha 169 nəfər vəfat etdi

DÜNYA 15 yan 2021, 21:53
Türkiyədə son gündə daha 169 nəfər koronavirusdan (COVID-19) vəfat edib.

Demokrat.az
-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca son sutka ərzində simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8314 nəfərin virusa yoluxduğunu deyib. 

Nazir bildirib: 

"Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9109, ağır xəstələr isə 2311 nəfər olub"

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 373 115 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 246 047 nəfər sağalıb, 23 664 nəfər isə ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top