Ermənilər bu qəsəbənin yarısını Azərbaycana verməli oldular

QARABAĞ 24 dek 2020, 15:58
Qubadlı rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşən Vorotan qəsəbəsinin bir hissəsi Azərbaycan ərazisi olduğundan ermənilər oranı tərk ediblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Aysor.am” saytına Vorotan qəsəbəsinin bələdiyyə sədri Surik Ohancanyan açıqlayıb.

Vorotan qəsəbəsinin bələdiyyə sədri Surik Ohancanyan deyib ki, qəsəbə ərazisində olan yaşayış binalarınının, obyektlərin bir hissəsini Azərbaycana veririk: “20 ildən çoxdur rəhbərlikdə çalışıram və buranın bizim ərazimiz olduğunu bilirəm”.

Qeyd edək ki, iki gün əvvəl Azərbaycan əsgərləri Vorotan qəsəbəsinə gedərək ermənilərdən Azərbaycan ərazisində yerləşən obyekti bir saat ərzində boşaltmağı tələb ediblər. Bundan sonra məsləyə Rusiya sərhəd xidmətinin nümayəndələri müdaxilə edib. Dünən Ermənistanın Sünik bölgəsinin rəhbərliyi açıqlma verərək bildirib ki,  hazırda Rusiya sərhədçiləri həmin ərazidədir və sərhəd xəttinin dəqiqləşdirilməsi prosesi davam edir. 

Bu gün verilən açıqlama onu göstərir ki, dəqiqləşmə prosesi başa çatıb və qəsəbənin yarısı Azərbaycan ərazisi olaraq qəbul olunub.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top