“Azərbaycan ərazilərinin azad edilməsi İranın inkişafı üçün müsbət oldu” — Ruhani

XARİCİ SİYASƏT 23 dek 2020, 14:08
“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı baxımından müsbət oldu”.

Bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı üçün müsbət oldu. Bu, ilk növbədə “Xudafərin” su bəndi ilə bağlı yekun razılığa gələ bilməyimiz baxımından səmərəli oldu ki, artıq həm elektrik enerjisindən, həm də Araz çayının su ehtiyatlarından daha sərbəst istifadə edə bilərik. Sözügedən bənd 120 min hektar ərazimizi su ilə təmin edə bilər, bu da mühüm addımdır”, – deyə İran Prezidenti vurğulayıb. 

O qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsinin həm dəmir yolları, həm də tranzit sahəsində İran üçün müsbət təsiri olacaq.(azpost.info)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top