Azərbaycan klubları xaricdə toplanışdan imtina etdi

İDMAN 21 dek 2020, 11:45
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klublar təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq.

Demokrat.az xəbər verir ki, son olaraq "Sumqayıt" və "Keşlə"nin hazırlıq prosesi ilə bağı seçimi bəlli olub.

Onlar da digər 6 komanda kimi pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XIII tur dekabrın 24-də gerçəkləşəcək. Çempionatda yanvarın 21-dək fasilə olacaq. Daha əvvəl "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Zirə" və "Qəbələ" ölkə xaricinə yollanmayacaqlarını bəyan ediblər.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top