İcra hakimiyyəti şəhərin mərkəzində yolka quraşdırılıb sökülməsindən xəbərsizdir

GÜNDƏM 19 dek 2020, 13:03
Sosial şəbəkələrdə Sumqayıtda yeni il şənliklərinə hazırlıq getməsiylə bağlı foto yayılıb. Fotodan görünür ki, şəhərin simvolu olan “Sülh göyərçini” abidəsinin qarşısında ənənəvi yeni il yolkası quraşdırılıb. Şəhərdə yeni il hazırlıqlarının getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Yayılan yeni fotolarda isə ötən gecədən etibarən həmin yolkanın söküldüyü bildirilir.  

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən hələ şəhərdə yeni illə bağlı hazırlıq işlərinin başlanılmadığı bildirilib: “Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə hər hansı yolka quraşdırılmayıb. Hələ ki, şəhərin bəzədilməsiylə bağlı da hər hansı qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək”.

Şəhərin mərkəzində yolkanın quraşdırılması və söküntüsünə gəlincə, İcra Hakimiyyətindən bundan xəbərsiz olmaqları bildirilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ötən illərdə həyata keçirilən tədbirlərin yenidən icrası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiyini açıqlayıb.(qafqazinfo.az)




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top