ZƏFƏRİN MƏNƏVİ, SİYASİ - İQTİSADİ ÖNƏMİ və XİLASKAR BARƏDƏ DÜŞÜNDÜKLƏRİM

SOSİAL 18 dek 2020, 22:44
Nəhayət ki, bu xalq ZƏFƏR daddı.

Azərbaycan DÖVLƏT olaraq, tarixində ilk dəfə 2020-ci ilin Noyabr ayının 10-da Böyük ZƏFƏRə imza atdı. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının böyük qələbəsi ilə bitdi.

Bu ZƏFƏR haqqında çox yazılacaq. 

Qalib, Qəhrəman ordumuz barədə dastanlar yazılacaq. Ki, onlar bunu haqq edir.
Bu ZƏFƏRİN dövlətimiz üçün siyasi, iqtisadi, mənəvi aspektdən yararı haqqında yazılacaq. 
Bu, həm indiki, həm də gələcək nəsillər üçün çox-çox gərəklidir.
Bir vətəndaş olaraq, Böyük Qələbəmizin mənəvi, siyasi-iqtisadi önəmi barədə fikirlərimi bölüşməyi özümə borc bildim.

1.Zəfərin mənəvi önəmi.

Bu ZƏFƏR:

a.Azərbaycan xalqının yaralanmış qüruruna məlhəm oldu
b.Azərbaycan KİŞİsinin gözükölgəli yaşamına son qoydu
c.Xalqı torpağı, vətəni və dövləti üçün canından keçən millətlərin sırasına yazdı
d.Yeddidən yetmişyeddiyə hər kəsdə bayrağa, torpağa və dövlətə olan sevgini zirvəyə çıxardı
e.Torpağı vətən etdi
f.Azərbaycana dostunun və düşməninin kim olduğunu göstərdi
g.“Qorxaq” obrazını “qəhrəman” obrazı ilə əvəzlədi
h.Qələbə üçün vətəndaş həmrəyliyinin əlahiddə önəm daşıdığını isbatladı


2.Zəfərin siyasi-iqtisadi önəmi

Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Rusiyanı bu müharibədə neytral saxlamaq ən böyük siyasi uğur sayılmalıdır. 

Moldovada Dnestryanı bölgəni, Gürcüstanın iki muxtar vilayətini, Ukraynada Krımı işğal edən Rusiyanın Dağlıq Qarabağı nədən işğala məruz qoymaması çox ciddi müəmma kimi tarixə keçdi. Eyni zamanda Dağlıq Qarabağın statusunun bəyanatda yer almaması da əlahiddə uğur sayılmalıdır. Bu gün Rusiya sülhməramlı qüvvələrinin Xankəndində olması, Laçın dəhlizinə nəzarət etməsi, heç də Kremlin bu ərazini işğal etməsi demək deyil. 

Əminəm ki, bu hərbi-diplomatik uğurun memarı olan Prezident İlham Əliyev və xalqın birliyi 5 il sonra, bəlkə də daha tez Rusiya sülhməramlı hərbçilərinin geri dönüşü ilə sonuclanacaq.

Zəfər:

1.Azərbaycanın bir dövlət olaraq nüfuzunu yüksəltdi
2.İşğala məruz qalmış dövlətlərə ərazi bütövlüyü uğrunda mücadilə üçün böyük stimul verdi
3.Azərbaycanıngələcək siyasi proseslərdə ciddi bir dövlət olaraq, iştirakı üçün zəmin yaratdı
4.Daxildə Prezident kürsüsünü ələ keçirmək xülyasında olanların arzusunu ürəyində qoydu
5.Prezident İlham Əliyevi öz kadrı ilə əvəzləmək istəyən xarici qüvvələrin də arzularını puç etdi
6.BMT-ni belə müxtəlif ölkələrdə münaqişə zəminində qəbul etdiyi qərarlarınicra durumunu saf-çürük etməyə vadar etdi
7.İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı və sənayenin inkişafı Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə gətirib çıxaracaq
8.Zəfər təkcə Azərbaycanın deyil, bölgənin iqtisadi xəritəsini büsbütün dəyişəcək
9. Dövlət büdcəsidə qeyri-neft sektorundan daxil olan gəlirlər hesabına ciddi artım baş verəcək
10. İşsizlik kəskin şəkildə azalacaq
11. Kənd təsərrüfatı məhsulları daxili bazarda hissediləcək səviyyədə ucuzlaşacaq
12. Turizm sənayesi inkişaf edəcək və qısa zaman kəsimində bu sektorda Azərbaycanın bölgədə lider olacağı şəksizdir
13. Transmilli şirkətlərin Azərbaycana marağı artacaq    

Və XİLASKAR barədə

Şübhəsiz ki, Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. 
Bu ZƏFƏRin baş qəhrəmanı odur. 

Xüsusi olaraq, qeyd etmək lazımdır ki, son 100 ildə Azərbaycana rəhbərlik edənlərdən fərqli olaraq, İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan torpaqları işğala məruz qalmayıb. 

Üstəgəl, əvvəllər işğal edilmiş torpaqları  məhz İlham Əliyev geri qaytarmağa nail oldu.
O, artıq Azərbaycan dövlətinin XİLASKARı kimi tarixə keçdi. 

Obyektivlik naminə yazıram ki, XİLASKAR adını qazanmağa mərhum Əbülfəz Elçibəy çox yaxın idi. 1993-cü ildə daxili və xarici düşmənlər buna imkan vermədi. 

Savaş Xankəndinə 11 km qalmış dayandırıldı. Ə.Elçibəy o zaman daxili düşmənləri neytrallaşdıra bilmədi. 

Prezident İlham Əliyev isə, həm daxildəki düşmənləri oyundankənar vəziyyətdə saxladı, həm də məharətli siyasi gedişlərlə bu savaşın zəfərlə bitməsinə  mane olacaq böyük siyasi gücləri susdura bildi.
Vətən Müharibəsində Azərbaycan xalqı İlham Əliyevi daha dərindən tanıdı, onun Ali Baş Komandanlığını, diplomatik gedişlərini, nüfuzlu beynəlxalq media qarşısında duruşunu alqışladı. 

Və Xalq bu savaşda İlham Əliyevə tam dəstək verdi. 

Xilaskar Prezident İlham Əliyev bu gün siyasi karyerasında ən yüksək reytinqə malikdir. İlham Əliyev bir vətəndaş olaraq,özü də dediyi kimi xoşbəxtdir. 

Nədən ki, məhz onun Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan ordusu torpaqları işğaldan xilas etdi.

Zəfərin qürurunu yaşayan bir vətəndaş olaraq, sonda bəzi təkliflərimi yazmaq istərdim.

1.Böyük qələbənin sevincini Azərbaycan vətəndaşlarına yaşadan XİLASKAR İlham Əliyevin fikrimcə artıq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsinin elə bir önəmi qalmır. 

İlham Əliyev artıq Qalib Azərbaycan Partiyasının sədridir ki,bu qurumun üzvləri də zəfərin qürurunu yaşamaqda olan  cümlə Azərbaycan vətəndaşlarıdır

2.İlham Əliyev Azərbaycan dövlətçiliyini içəridən dağıdan, dövlət üçün düşmən qədər təhlükəli olan korrupsiyalaşmış, rüşvətlə səltənət qurmuş mənfur məmur ordusunu da diz çökdürdüyü təqdirdə Azərbaycan daha qüdrətli, daha güclü olar 

3.Güclü dövlətin güclü konstruktiv müxalifəti də olmalıdır. Başlanmış siyasi islahatların uğurla davam etdirilməsi, Azərbaycanın pozitiv siyasi imicinin güclənməsiüçün tam obyektiv və şəffaf bir parlament seçkisinin keçirilməsi zəruridir.

4.Nəhayət, Prezident İlham Əliyevin ömürlük prezidentliyi üçün bir referendum keçirilməlidir. Hesab edirəm ki, qədirbilən xalq XİLASKAR İlham Əliyevin haqqını verəcək.

Səxavət Əlisoy 
ADR sədrinin müavini

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top