Ölkədə siqaret istehsalı iki dəfəyə qədər artıb

BİZNES 18 dek 2020, 12:24
2020-ci ilin yanvar-noyabr ayları ərzində ölkə ərazisindən 6,5 min ton, ötən illə müqayisədə 9,4 faiz çox tütün yığılıb.

Demokrat.az
-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövr ərzində 391,2 milyon manat dəyərində tütün məmulatları istehsal edilib.

Noyabr ayı ərzində Azərbaycanda 51,2 milyon manat dəyərində tütün məhsulu istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 27,1 faiz artım qeydə alınıb.

Ötən ilə nisbətən fermentləşdirilmiş tütün məhsulları 2,5 faiz azalıb, papiros və siqaretlərin istehsal həcmi isə 47,7 faiz artıb.

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan tütün məmulatlarının həcmi 3,1 faiz artıb.

Eləcə də, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 9 milyon 877,9 min dollar dəyərində 3,9 min ton həcmində tütün ixrac edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top