Türkiyədən Azərbaycana yardım karvanı yola çıxdı

GÜNDƏM 18 dek 2020, 10:56
Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycana humanitar yardım aparan tırlardan ibarət karvan yola çıxıb.

Demokrat.az xəbər verir ki, yardım karvanı Azərbaycanla yanaşı Bosniya və Herseqovinaya da yola salınıb.

Rəsmi yolasalma mərasimində çıxış edən cəmiyyətin sədri Kerem Kınık Azərbaycan və Bosniya və Herseqovinaya yeni bir yardım göndərilməsindən sevinc hissi duyduqlarını bildirib: “İstanbuldan iki fərqli istiqamətdə yerləşən dost ölkəyə humanitar yardımla yüklənmiş doqquz tır yola çıxır. Yardıma qida, ev əşyası, gündəlik istifadə, tibb və gigiyena vasitələri, qış geyimi, əlil arabaları, oyuncaq və sairələr daxildir”.

Qarabağ bölgəsində aparılan döyüşlər nəticəsində zərər çəkmiş əhaliyə Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətlərinin birgə yardımlaşma kampaniyası çərçivəsində Azərbaycanın Füzuli, Tərtər, Gəncə, Bərdə və bir sıra digər bölgələrinə 26 tır humanitar yardımın göndərildiyini bildirilib.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Cemal Yangın da iştirak edib.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top