Biləsuvarda şəhidimiz dəfn edildi — FOTO

SOSİAL 17 dek 2020, 19:00
Biləsuvar rayonunda şəhid hərbçi Gündüz Çingiz oğlu Abdullayev dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Zəhmətabad kəndində şəhid evində vida mərasimi keçirilib.

Daha sonra G.Abdullayev doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Gündüz Abdullayev 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Mərhum müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top