Kamran Ağayevin atası koronavirusdan dünyasını dəyişdi

İDMAN 16 dek 2020, 15:00
"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adil Ağayev vəfat edib.

Bu barədə "Report"a "Səbail"in baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, A. Ağayevin 72 yaşında koronavirusdan dünyasını dəyişdiyini söyləyib.

Hacıyev mərhumun dəfn üçün Şabran rayonuna aparıldığını vurğulayıb.

Qeyd edək ki, Adil Ağayev rayonda Bədən tərbiyəsi fənnini tədris edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top