Azərbaycanın tədiyyə balansında 2 milyard dollara yaxın kəsir var

MALİYYƏ 15 dek 2020, 15:29
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 803,7 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 4 166,8 milyon dollarlıq qalıq yaranmışdı.

Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 208,3 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), kapital hesabındakı 7,6 milyon dollarlıq kəsir (2,05 dəfə çox), maliyyə hesabındakı 2 105,6 milyon dollarlıq kəsir (6,2 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 517,8 milyon dollarlıq qalıq (2,05% çox) hesabına formalaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top