Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında — VİDEO

MARAQLI 15 dek 2020, 13:16
Rusiya mətbuatında Azərbaycan əsgərlərinin Sumqayıt sakinlərinə hədiyyə etdikləri ifa yayılıb. 

“Vestnik Kavkaza” saytında sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin sürətlə yayılan ifası istifadəçilər tərəfindən heyranlıqla qarşılanıb.

Videonu paylaşan “Vestnik Kavkaza” yazıb ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçiləri, bu mahnını gitara müşayiəti ilə Sumqayıtda yaşayan hər kəs üçün oxuyublar.

Videonun altında 400-dən çox şərh yazılıb və ifa 12 min bəyənmə toplayıb. İstifadəçilər ifaçılara  sağ-salamat evlərinə dönmələrini arzulayıblar.(oxu.az)



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top