Gündəm

“Dəmir Yumruq” Dilqəm və Şahbazı Azərbaycana qaytarmağa məcbur etdi — Deputat

“Dəmir Yumruq” Dilqəm və Şahbazı Azərbaycana qaytarmağa məcbur etdi — Deputat

"Ermənistan yalnız müharibədə məğlub olduqdan sonra 6 il girovluqda saxladığı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycana qaytarmağa məcbur oldu".

Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azay Quliyev özünün sosial şəbəkə statusunda bəhs edib.

Deputat 6 il sonra erməni girovluğunda azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması haqqında fikirlərini bu cür ifadə edib:

"Ermənistan yalnız müharibədə məğlub olduqdan və "Dəmir Yumruğun" ağır zərbəsini hiss etdikdən sonra 6 il girovluqda saxladığı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycana qaytarmağa məcbur oldu. Bu, Ali Baş Komandanın növbəti diplomatik və siyasi uğurudur. Xalqımızı, hər iki soydaşımızı və onların ailə üzvlərini təbrik edirəm".

D
demokrat.az