Zəfər paradından nəzərdən qaçırdığımız KADRLAR — Ramiz Mehdiyev...

GÜNDƏM 14 dek 2020, 12:44

Dekabrın 10-da keçirilən Zəfər paradı hər bir azərbaycanlının qürur hissi ilə izlədiyi təntənəli, illərdir arzulanan möhtəşəm tədbir kimi tarixə düşdü.

Amma tədbirdə KONKRET.az-ın əməkdaşının gözündən yayınmayan anlar da olub. Həmin anlar kameraların yaddaşına çevrilib və zaman gəldikcə bu ibrətamiz fotolar bir çox nəşrlərin manşetləri bəzəyəcək.

Həmin fotolardan biri rusiyapərəst, adı ciddi siyasi qalmaqallarda hallanan Ramiz Mehdiyevə aiddir. O Ramiz Mehdiyevə ki, vaxtilə qılıncının dalı da kəsirdi, qabağı da.

İkinci kadrda isə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov görünür. Fotodan belə aydın olur ki, o, arxasını Ramiz Mehdiyevə çevirməklə öz mövqeyini ortaya qoyur, akademikin mövcud “nüfuzunun” ölçüsünü nümayiş etdirir.

Hər iki halda cənab Mehdiyev şad-xürrəm görünmür. Cəmiyyətdə Rusiya sülhməramlılarına yaranan etimadsızlıq fonunda 5-ci kolona ikrah hissi getdikcə artır. Fotonun qəhrəmanı da bunu bilməmiş deyil. Ona görə də əyləşdiyi yerdə təkləndiyi görünüşü simvolik xarakter də daşıyır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top